ABŞ Dövlət Departamentindən Azərbaycan-Ermənistan sərhədindəki insident haqda açıqlama
13.01.2022 274 0.0 0

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan qüvvələri arasında sərhəddə baş verən insident barədə məlumatlardan narahatlığını ifadə edib.

Məlumata görə, bu barədə Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə Bürosunun "Twitter" səhifəsində deyilir.

"Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insident barədə məlumatlardan narahatıq. Həlak olanların ailələrinə başsağlığı veririk", - deyə məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar