ABŞ Dövlət Departamenti: Suriya müxalifətini terrorçulardan ayırmaq hələlik mümkün deyil
02.09.2016 461 0.0 0

Suriyada mötədil müxalifətin terrorçu qruplaşmalara qarışması problemi indiyədək həllini tapmayıb, ABŞ və Rusiya hazırda  onun üzərində çalışırlar.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.  
 
Kirbi qeyd edib ki, bu məsələ ABŞ-ın dövlət katibi Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında keçirilən görüşlərdə də müzakirə olunur.    
 
Qeyd edək ki, ABŞ dəfələrlə Suriya hökumətini və Rusiyanı Suriyada müxalifət qüvvələrinə  zərbələr endirməkdə ittiham edib.  
 
Rusiya cavabında ABŞ-ı Suriya müxalifətinin terrorçu qruplaşmalarından ayrılmasına təsir etməyə çağırıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar