ABŞ-da prezidentliyə namizəd seçkilərdə iştirak etməkdən imtina edib
08.03.2016 560 0.0 0

 Nyu-Yorkun sabiq meri Maykl Blumberq ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib

 

Məlumata görə, bu barədə BloombergView saytı xəbər verib.

 

Həmçinin M.Blumberq hələ ki prezident postuna iddiaçılardan hər hansını dəstəkləməyə hazır olmadığını qeyd edib.

 

Bir ay əvvəl milyardçı M. Blumberq ABŞ-da prezident seçkilərində iştirak edəcəyini istisna etmədiyini, namizədlərin bəyanatlarını, ştatlarda ilkin səsvermələrin nəticələrini diqqətlə izləyəcəyini bildirmişdi. Ekspertlər M. Blumberqin prezidentlik uğrunda mübarizəyə qatılmasını seçkiqabağı kampaniyaya əhəmiyyətli dərəcədə təsir edəcəyini bildirirdilər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar