`Suyun şəkli` ABŞ kinotənqidçiləri tərəfindən ötən ilin ən yaxşı filmi hesab edilib - VİDEO
12.01.2018 1074 0.0 0

Meksika rejissoru Gilyermo del Toronun “Suyun şəkli” ekran əsəri 2017-ci ilin ən yaxşı filmi kimi ABŞ kinotənqidçilərinin “Critics' Choice Award” mükafatına layiq görülüb.

RİA “Novosti”yə istinadən xəbər verilir ki, təqdimetmə mərasimi Amerikanın Kaliforniya ştatının Santa-Monika şəhərində keçirilir.

“Ebbinq sərhədində üç bilbord, Missuri” filmində rol alan Frensis Makdormand ən yaxşı aktrisa hesab edilib. O, həmçinin “Farqo” filmində ən yaxşı qadın roluna görə “Oskar” mükafatına, eləcə də “Emmi”, “Toni” mükafatlarına namizəddir./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar