Tarix: 04.12.2016,   Saat: 10:05, Bazar.          

`Qızıl Məryəm`in qızı və digər qatillərinə hökm oxundu- 47 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Məlumata görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

 

Hökmə əsasən, Günel Hüseynova 18 il, Ceyhun Əsgərov 19 il, Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblərək ümumilikdə 47 il cəza kəsilib.



 

Qeyd edək ki, dövlət ittihamçısı Ceyhun Əsgərovun 20, Günel Hüseynovanın 19, Nicat Eyvazovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Xatırladaq ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.

 

 

Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb./apa/



  Bölmə: Ölkə | Baxış sayı: 493 | Tarix: 01.11.2016, 17:59


Xəbərlər