`Qızıl Məryəm`in qətlində təqsirləndirilənlərə cəza istənilib
24.10.2016 507 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittiahmçısı çıxış edərək təqsirləndirilən şəxslərdən Ceyhun Əsgərovun 20, Günel Hüseynovanın 19, Nicat Eyvazovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses oktyabrın 28-də davam edəcək.

 

Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.

 

Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar