`Qalatasaray`ın hücumçusu 4 ilədək həbs oluna bilər
28.01.2022 416 0.0 0

Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmməd azadlıqdan məhrum edilə bilər.

 "NTV Spor"a istinadən verilən məlumata görə, imtahana öz yerinə dostunu göndərməkdə ittiham olunan 25 yaşlı hücumçunun günahı sübuta yetirilsə, onu 4 ilədək həbs cəzası gözləyir.

Forvardın istintaqdan yayınmaq üçün Afrika Millətlər Kubokunun keçirildiyi Kamerundan ölkəsinə deyil, birbaşa Türkiyəyə qayıdacağı bildirilib.

Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus Mustafa Məhəmməd ötən ildən "Qalatasaray"da çıxış edir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar