`Neftçi`nin hücumçusu hakimi təhqir etdiyi üçün sərt cəzalanıb
04.03.2022 384 0.0 0

"Neftçi"nin hücumçusu hakimi təhqir etdiyi üçün sərt cəzalanıb
FUTBOL

AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, 27 yaşlı hücumçu Azərbaycan I Divizionunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununda birbaşa qırmızı vərəqə alıb. O, görüşün 42-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan qovulub.

Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu 320 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, matç "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar