İSA QƏMBƏR MÜSAVATÇILARI HAKİMİYYƏTLƏ ƏMƏKDAŞLIĞDA GÜNAHLANDIRDI
27.12.2014 764 0.0 0
 “Qurultay yenidən keçirilsə, nə baş verəcək?
 
Kimsə hesab edir ki, qurultayı hakimiyyətin köməyi ilə yenidən keçirməyə cəhd etsə, nə isə əldə edəcək? Bunlar xam xəyallardır.
 
Hakimiyyətlə birləşib, partiyaya zərbə vuran şəxsləri necə qiymətləndirək? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə, mahiyyətini gizlədəcək.
 
3-5 nəfər hakimiyyətin oyununda iştirak edən müsavatçı var və onlar da özlərini ifşa ediblər. Hər kəs özü üçün nəticə çıxarsın”.

 

Məlumata görə, bu sözləri Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiya Məclisinin növbədənkənar iclasında çıxışı zamanı deyib.


İ. Qəmbər çıxışında bildirib ki, bu ilin ən önəmli hadisələrindən biri Müsavat Partiyasının VIII qurultayıdır. O, qurultayla bağlı iradları böhtan adlandırıb: “Bu qurultay demokratiya baxımından tarixi əhəmiyyət daşıyır. Bunun qarşısını nə hakimiyyət, nə həmkarlarımız, nə də bəzi partiyadaşlarımızın yersiz yanaşmaları ala bilər. Qurultayla bağlı iradlar səslənir və bəzən bu, böhtan və ağ yalan olur. Azərbaycanda faktiki olaraq Müsavatdan başqa gizli səsvermə ilə seçki keçirən partiya yoxdur. Biz partiyanı keçmişə yox, gələcəyə yönləndirməliyik. Qurultaya, seçkilərə iradları olan şəxslər bunları gələcək kontekstində dəyərləndirilməlidir. Ola bilər ki, kimsə hakimiyyətin köməyi ilə partiyanı bir neçə ay keçmişə aparmağa cəhd etsin. Ancaq buna nail olmayacaq”.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar