`Gənclik Mall`un qarşısında kütləvi dava düşüb, gənc oğlana 6 bıçaq zərbəsi vurulub
10.02.2017 1376 0.0 0

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, "Gənclik Mall" ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb. Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar