`Barselona` `Sevilya`ya qalib gələrək La Liqanın ikinci pilləsinə yüksəlib
04.04.2022 438 0.0 0

Barselonanın “Nou Kamp” stadionunda İspaniya Primerasının XXX turunda “Barselona” - “Sevilya” komandalarının görüşü keçirilib.

Bildirək ki, qarşılaşma 1:0 hesabı ilə Kataloniya təmsilçisinin xeyrinə başa çatıb.

Matçda yeganə qolu 72-ci dəqiqədə Pedri vurub. "Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi bu mövsüm komandanın heyətində 18 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Barselona” 57 xalla turnir cədvəlinin ikinci pilləsində, “Sevilya” 57 xalla üçüncü pillədə qərarlaşıb.

Turnir cədvəlinin lideri “Real Madrid”dir (69 xal)./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar