41 yaşlı qadın bu fotolara görə təhdidlərə məruz qaldı (FOTO)
19.04.2015 761 0.0 0

Amerikalı ovçu Rebekka Fransis öldürdüyü heyvanlarla gülərək şəkil çəkdirdiyinə görə təhdidlər alıb. Məlumata görə, sosial mediada şəkillərini paylaşan 41 yaşlı Rebekka çoxlarının qınaq obyektinə çevrilib. 

Sonuncu dəfə o, bir zürafəni öldürüb. Sonra isə onun yanına uzanaraq gülərək şəkil çəkdirib. Onu qınayanların əksəriyyəti heyvan haqları müdafiəçiləri olublar. 

Lakin məşhur komik aktyor Riki Gervais də bu şəkillərə biganə qalmayıb. O, öz tvitter hesabında Rebekka Fransisin ölmüş zürafə ilə şəklini paylaşaraq belə bir fikir də bildirib: "Həyatında nə baş verə bilər ki, səni gözəl bir heyvanı öldürməyə sonra isə yanında gülərək uzanmağa vadar etsin".

8 uşağı və 8 nəvəsi olan Rebekka isə tənqid edildiyini bildiyini deyib. O, öz saytında hətta hamilə və yeni doğulmuş heyvanları ovladığını da bildirib./anspress/

 

 

 

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar