3 ölkənin Silahlı Qüvvələri yeni qərar qəbul etdi
04.05.2015 817 0.0 0

 

 

Belə ki, reallaşan görüş zamanı üçtərəfli Koordinasiya Qrupunun yaradılması qərara alınıb.
Ankarada səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, nazir Zakir Həsənov Atatürkün məzarını ehtiramla ziyarət edib, önünə əklil qoyub və Şərəf kitabına ürək sözlərini yazıb.
Sonra Türkiyə Respublikasının Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçirilib.
Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.
Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaqdır.
Görüşün yekunlarına dair Protokol imzalanıb.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar