2 ci qrup əlil Prezidentə və Korrupsiyay Qarşı Mübarizə İdarəsinə müraciət edir-«and olsun Allaha mən...»
20.07.2015 686 0.0 0

2ci qrup əlil mətbuat vasitəsilə prezidentə və Korrupsiyay Qarşı Mübarizə İdarəsinə müraciət edir.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36  saylı Tibbi Sosial Ekspert Komissiyasının müdiri Emil Kamilov və oranın əməkdaşı  Talıb Məcidov  məndən istədikləri 1000 manat rüşvəti verməyə imkanım olmadığımdan qanunsuz olaraq əlillik dərəcəmi ləğv ediblər. Artıq komissiya adı ilə 1 ildən çoxdur ki, sənədlərimi alıb saxlayıb pulu gözləyirlər. Digər Tibbi Sosial Ekspert Komissiyalarında  mənim kimi həqiqətən əmək qabiliyyətini itirmiş xəstələrə hörmət edilib  rüşvət almadan əlillik dərəcəsi təyin edilsədə 36 saylı TSEK-də bu mümkün deyil.Burada tam sağlam adamlar rüşvət verib əlillik dərəcəsi ala bilirlər. Mənim kimi rüşvət verməyə imkanı olmayan  həqiqətən əmək qabiliyyətini itirmiş əsil xəstələr isə belə süründürməçiliklərə məruz qalıblar."
 

Bunu saytımıza ünvanladığı məktubda Ucar rayonu Rəstəcə kəndi sakini İsayeva Kəmalə Ağasəlim qızı bildirir.O, qeyd edir ki, "1990-cı il tarixdə evimizdə  çörək bişirən zaman qaz peçinin partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarəti almışam.Buna görə 2- il Xəstəxanada stasionar müalicə olunmuşam. Bədənimin 80 % ağır dərəcədə yanıb.Damarlarımın çox hissəsi yandığı üçün hərəkət qabiliyyətim məhdudlaşıb, həmçinin danışanda belə çətinlik çəkirəm.Əmək qabiliyətimi itirdiyim üçün mənə 2-ci qrup əlillik dərəcəsi təyin edildi və buna görə müavinət alırdım.Aldığım pul dava-dərmanıma güclə çatırdı. Keçən il əlillik dərəcəmin təyin edilməsi üçün təkrar  həkim komissiyasından keçirilmə adı ilə 36 saylı TSEK-in həkimi Talıb Məcidov  sənədlərimi aldı baxdı və mənə dediki 1000 manat verməsən sənə növbəti dəfə əlillik dərəcəsi təyin edə bilməyəcəyik." deyə bildirildi.

Daha sonra Ucar sakini bildirir ki, "Mən buna görə 36-saylı TSEK-nın baş həkimi Emil Kamilovun qəbulunda oldum dedim bəlkə rəhimi gəlib ciddi xəstə, həqiqi əlil olmağımı nəzərə alıb  qanunu qaydada qərar çıxardar.Ancaq çox təssüf olsun ki, Emil həkim işçisinin dediyi sözü təkrarlayıb 1000 manat verməli olacağımı çəkinmədən açıq-aşkar  dedi. İndi isə çox çıxılmaz vəziyyətdə qalmışam. Həqiqətən əmək qabiliyyətimi itirib əsil xəstə olmağıma baxmayaraq  istədikləri rüşvəti verə bilmədiyim üçün bir ildir ki, sənədlərimi saxlayıb məni süründürməçiliyə məruz qoyublar.Bunu Allah da götürməz, ancaq bu zülümü  korrupsiyaya qurşanmış və korrupsiya şəbəkəsi yaratmış 36 saylı TSEK-ı  mənə yaşadır."

36 saylı TSEK-nın bu korrupsiya əməlləri barədə Prezidentə, Mehriban xanıma və digər aidiyyatı orqanlara şıkayət ərizələri ilə müraciət etdiyini bildirən  Kəmalə xanım , "mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Korrupsiyay Qarşı Mübarizə Baş  İdarəsinin rəisi cənab Kamran Əliyevə , Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirəm ; hörmətli insanlar  and olsun Allaha mən  həqiqətən əmək qabiliyyətimi itirmişəm əsil xəstəyəm anacq uzun illər buna görə  2-ci qrup əlillik dərəcəsi təyin edilmişdi və uzun illər müavinət alırdım.Səhhətim dahada ağırlaşdığı halda əlillik dərəcəmi ləğv etdilər.Nədi ki, istədikləri rüşvəti verməyə imkanım olmadı , xəstənin hansı maddi imkanı olar ki, rüşvət versin?  Sizdən xahiş edirəm müraciətimi araşdırıb  36-saylı TSEK-nın rüşvətxor həkimləri barədə ciddi tədbirlər görəsiniz. İnanıram ki, 36 saylı TSEK-in korrupsiyaya qurşanmış müdiri Emil Kamilovun və əməkdaşı Talıb Məcidovun barəsində qanunu tədbirlər görəcəksiniz." deyə şikayətində bildirir.

 

Qazeta.info bildirir ki, yazıda adı keçən, qarşı tərəflərin də mövqeyini dinləməyə hazırıq.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar