23 YANVAR HAVA MƏLUMATI
22.01.2015 746 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bildirirki, Bakı və Abşeron yarımadasında

Yanvarın 23-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 
6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Yanvarın 23-də 
hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz 
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü nisbətən əlverişli olsa da, rütubətliliyin çox olması və buludlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar