2021-ci ildə sonuncu, 2022-ci ildə ilk qolu vuran futbolçular bəlli olub
02.01.2022 600 0.0 0

2021-ci ildə dünyada sonuncu qolu vuran futbolçu bəlli olub.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verilir ki, bu, Tanzaniyanın "Yanq Afrikans" klubunda çıxış edən Xalid Auçodur.

29 yaşlı uqandalı hücumçu dekabrın 31-də "Dodoma Jiji"ni 4:0 hesabı ilə məğlub etdikləri Tanzaniya çempionatının XI tur oyununda fərqlənib. O, 81-ci dəqiqədə 4-cü qolu rəqib qapısından keçirib.

2022-ci ildəki ilk qolu isə çinli Duan Liuyu vurub. "Şandun Tayşanda" oynayan 24 yaşlı yarımmüdafiəçi yanvarın 1-də Superliqanın XXI turunda "Şanxay Port"la qarşılaşmanın 8-ci dəqiqəsində hesabı açıb. Matç 2:2 hesabı ilə bitib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar