2013-cü ildə ölmüş yapon jurnalistin vəfatına normadan artıq iş səbəb olub
06.10.2017 843 0.0 0

Yaponiyada 4 il əvvəl dünyasını dəyişmiş jurnalist Miva Sadonun ölümünə normadan artıq işləmək nəticəsində yaranmış ürək çatışmazlığı səbəb olub.

Məlumata görə, bu barədə "The Japan Times" nəşri yazıb.

 

Bildirilir ki, Miva Sado Tokioda yerli NHK tele-radio şirkətində işləyib. Qadın Yaponiya və dünyada baş verən siyasi hadisələrin işıqlandırılması ilə məşğul olub. Ölümünə bir ay qalmış jurnalistin yalnız iki istirahət günü olub. Bundaan əlavə, Miva bu vaxt kəsiyində 159 saat artıq işləyib.

Miva Sado 2013-cü ildə 31 yaşında dünyasını dəyişib. Lakin onun ölümünün həqiqi səbəbini müəyyən etmək yalnız indi mümkün olub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar