1955-ci ildə itən təyyarə 37 il sonra eniş edib – ŞOK HADİSƏNİN TƏFƏRRÜATLARI, FOTOLAR+VİDEO
13.12.2019 704 0.0 0

1992-ci ildə Venesuelanın paytaxtı Karakas şəhərinin aeroportuna göyərtəsində 57 sərnişini olan “DC-4” təyyarəsi eniş edib. Bu, 37 il öncə - 1955-ci ildə Nyu Yorkdan Mayamiyə uçmalı olan, lakin itən təyyarə idi.

Bir neçə dəqiqədən sonra həmin təyyarə yenidən uçub və buludlar arasında gözdən itib. Pilotla nəzarət qülləsi arasında qeydə alınmış radioəlaqə və şahidlərin ifadələri kabus kimi olan bu enişin həqiqətən də baş verdiyini sübut edir.

Ölkənin vətəndaş aviasiyası nazirinin müavini Ramon Estobar açıqlamasında bildirib ki, aeroportun nəzarət xidmətinin əməkdaşlarının dedikləri bir-birini təsdiq edir. Ən qiymətli sübut isə, “DC-4” təyyarəsi uçmamışdan bir neçə saniyə qabaq pilot tərəfindən uçuş zolağına atılan 1955-ci ilin təqvimi olub.

 

“Mən bu təyyarəni gördüm, pilotun səsini eşitdim. Mən hətta əlimdə 1955-ci ilin təqvimini tutmuşdum. Amma hələ də buna inana bilmirəm” - deyə uçuşların nəzarət qülləsindən köhnə təyyarəni görən aviadispetçer Xuan Dela Korte bildirib.

Göyərtədəki insanlar hələ də elə bilirdilər ki, onlar 1955-ci ildədirlər və ABŞ-ın Florida ştatına eniş edirlər. Lakin bu, belə deyildi. Bunu bir tək Tanrı bilir ki, onlar bu müddət ərzində harada olublar. Korte və digər dispetçerlərin sözlərinə görə, aeroporta propellerli təyyarə yaxınlaşanda onlar fövqəltəbii hadisənin baş verdiyini anlayıblar. Çünki, həmin təyyarə radarda görünmürdü.

 

 

“Biz təyyarəni öz gözümüzlə gördük. Amma radarda heç nə yox idi. Bundan sonra pilotdan özünü təqdim etməsini istədik. O isə cavabında “biz haradayıq...” sualını verdi.

 

Onun səsində qorxu və çaşğınlıq vardı. Nəhayət, pilot özünü toparlayıb, “914-cü reys” ilə Nyu Yorkdan Mayamiyə uçuş həyata keçirdiyini, təyyarədə 57 sərnişin və 4 ekipaj üzvünün olduğunu bildirdi. Pilotun bu sözlərindən sonra nəzarət otağında tam sakitlik yarandı. Hər kəs dəhşətli dərəcədə təəccüblənmişdi. 914-cü reys... Mayami...Karakasdan 1300 km uzaq… “Mən pilota cavab verdim ki, “Bura Karakasdır… Venesuela… Cənubi Amerika...” – deyə Korte bildirib.

 

 

Hər kəsin təəccüblü nəzərlərinin üzərində olduğunu deyən Korte pilotla danışığa davam edib: “Daha sonra soruşdum ki, “sizə bədbəxtlik üz verib…” Amma cavab gəlmədi və mən təyyarənin enişi üçün dəhliz açdım. Eniş əla alındı. Hər şeyin qaydasında olduğunu düşündüyüm anda birdən pilotun ikinci pilota dediyi sözləri eşitdim: “Aman Tanrım, Cimi, bu nədir, lənətə gəlsin...” Onlar kreativ təyyarələrə elə baxırdılar ki, sanki kosmik gəmi görüblər”.

 

Dela Korte pilotdan öyrənib ki, onlar cədvələ uyğun olaraq 2 iyul 1955-ci ildə səhər saat 09:55-də Mayamidə olmalıdırlar: “Mən pilotun “burada nəsə düzgün deyil” dediyini eşitdim. Daha sonra isə radio ilə məlumat çatdırdım. “Siz Karakas Beynəlxalq Aeroportundasınız. İndi 21 may 1992-ci ildir”. Pilot həyəcanla “Aman Tanrım” - deyərək, dərindən nəfəs aldı. Mən onu sakitləşdirərək bildirdim ki, “narahat olmayın, indi yerdən kömək komandası gəlir”.

Kortenin dediklərinə görə, aeroport işçiləri onlara yaxınlaşan kimi “DC-4”-ün pilotu radio ilə “Yox-yox, yaxınlaşmayın. Biz uçub gedirik, buradan...” - deyə qışqırmağa başlayıb.

 

Daha sonra yerdən olan komanda üzvləri açıqlama veriblər ki, onlar təyyarənin pəncərələrindən baxan insanları görüblər. Pilot isə kabinəsinin pəncərəsini açaraq, başından papağını çıxarıb və onlara yaxınlaşmamağı işarə edib. Görünür, 1955-ci ilin təqvimi də elə həmin papaqdan düşüb.

 

Bundan sonra pilot mühərrikləri işə salaraq, təyyarəni göyə qaldırıb və sürətlə gözdən itib. Rəsmilər göyərtədən qeydə alınmış bütün audio yazıları, eləcə də, maddi sübut olan təqvimi əldə edərək, bu qeyri-adi hadisəni araşdırmaqda hələ də davam edirlər./musavat.com/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar