1500 il əvvələ aid nəhəng adamın məzarı tapıldı – FOTO
17.04.2017 1328 0.0 0

İranın Qərbində yerləşən Luristan bölgəsində 1500 il əvvələ aid və boyu 2 metrdən uzun olan nəhəng insanın məzarı tapılıb.

Qazeta.info Publika.az -a istinadla  xəbər verir ki, alimlər sözügedən insan cəsədinin digər insanlardan çox hündür olduğunu bildiriblər.

Məzarın Sasanilər İmperiyası dövrünə aid olduğu ehtimal edilir.

Arxeoloqlar həmin məzarda Əhəmənilər və Parfiya dövlətlərinə aid əsərlər də tapıblar.

Arxeoloji qazıntı aparan qrupun rəhbəri Ata Hasanpur bildirib ki, İranın Luristan bölgəsinin Çia Sabz qəsəbəsində tapılan məzarlıqda Əhəmənilər dövrünə aid əşyalar da üzə çıxıb.

Onun sözlərinə görə, həmin əşyalar eramızdan əvvəl 705-330-cu illərə aiddir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar