13 mayda gözlənilən hava şəraiti
12.05.2016 425 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki, 

 

Bakıda və Abşeron yarımadasında

 

Mayın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində  əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 20-25, bəzi yerlərdə 28, Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Mayın 13-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar