1000 nəfər sərnişini olan gəmi yük gəmisi ilə toqquşub - Çində
22.02.2018 856 0.0 0

Çinin cənubundakı Quandun əyalətinin sahillərində yük gəmisi ilə sərnişin gəmisi toqquşub.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, hadisə nəticəsində iki nəfər itkin düşüb.

Qəza zamanı sərnişin gəmisində min nəfərə yaxın sərnişin olduğu bildirilib.

Məlumata görə, toqquşma nəticəsində yük gəmisi aşıb və gəmidə olan beş nəfər suya düşüb. Onlardan 3 nəfəri xilas etmək mümkün olub.

Hazırda itkin düşənlərin axtarışı aparılır.

Sərnişin gəmisində olan sərnişinlərdən xəsarət alan olmadığı bildirilib.

Yük gəmisi batıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar