07 noyabrda gözlənilən hava şəraiti
06.11.2016 1460 0.0 0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə  9-11° isti, gündüz  13-16° isti, Bakıda gecə  9-11° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enləcək.  Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, sabah gksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi  yerlərdə duman olacağı, şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz  9-14° isti olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar