Zelenski Rusiya ilə razılığa gəlinmiş məsələlər haqda məlumatlandırılıb
28.02.2022 297 0.0 0

Danışıqlarda iştirak edənlər bir sıra prioritet mövzuları müəyyənləşdiriblər ki, onlar üzrə müəyyən qərarlar verilib

Qazeta.info UNİAN-a istinadla  xəbər verir ki,  bu fikirləri Ukrayna Prezidentin Administrasiyasını rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Prezident Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və Rusiya arasında danışıqların birinci mərhələsi başa çatıb. Danışıqlar təxminən altı saat davam edib.Tərəflər danışıqların növbəti mərhələsi ilə bağlı razılığa gəliblər.

Onun sözlərinə görə, "tərəflər bir sıra prioritet mövzular müəyyənləşdiriblər ki, onların üzərində müəyyən qərarlar verilib".

Görüşmədə iştirak edənlər, danışıqların nəticələrini müzakirə etmək üçün öz ölkələrinin paytaxtlarına qayıdırlar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar