Zelenski Rusiya hərbçilərinə müraciət edib: `Ya ölməyi, ya da təslim olmağı seçin`
15.03.2022 284 0.0 0

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinə müraciət edib.

Məlumata görə, dövlət başçısı onlara ya hərbi əməliyyatlarda ölməyi, ya da təslim olmağı təklif edib.

"Rusiya əsgərlərinə, artıq torpaqlarımıza daxil olan və bizə qarşı döyüşməyə göndərilmək üzrə olanlara demək istəyirəm - Rusiya çağırışçıları, məni xüsusilə diqqətlə dinləyin. Rusiya zabitləri - siz artıq hər şeyi başa düşdünüz", - Zelenski deyib.

Dövlət başçısı əlavə edib ki, Rusiya hərbçiləri Ukraynadan heç nə aparmayacaq, ancaq ukraynalıların həyatını alacaq. Eyni zamanda, onlar özləri də öləcəklər.

"Nəyin xatirinə və nəyə görə ölürsünüz? Bilirəm ki, sağ qalmaq istəyirsiniz. Danışıqlarınızın ələ keçirilməsi zamanı bu müharibə, bu biabırçılıq və dövlətiniz haqqında həqiqətən nə düşündüyünüzü eşidirik", - Zelenski əlavə edib.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin öz aralarında və ailələri ilə danışıqları dinlənilir. Bunlara əsaslanaraq, onların kim olduğu barədə nəticə çıxarmaq olar.

"Ona görə də mən sizə seçim təklif edirəm. Ukrayna xalqı adından - siz bizim silahlı qüvvələrimizə təslim olsanız, sağ qalmaq şansı veririk. Sizə ordunuzda göstərilməyən münasibət kimi rəftar edəcəyik. Seçin!", - Zelenski fikirlərinizi yekunlaşdırıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar