Zelenski məmuru iclasdan qovdu: `Rədd ol, quldur!` -VİDEO
10.07.2019 636 0.0 0

Ukrayna Prezidenti Vladimir Zelenski Borispol Şəhər Şurasının katibi Yaroslav Qodunoku iclas zalından qovub.

 

Qazeta.info Qaynarinfo -ya istinadla xəbər verir ki, buna səbəb onun Borispolda keçirilən görüşün gedişində spikerin sözünü kəsməsi olub. Dərhal Yaroslav Qodunok haqqında internetdə araşdırma aparan Vladimir Zelenski onun əvvəllərr məhkumluq həyatı yaşadığını öyrənib. O, soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə həbsdə yatıb.

 

Bu barədə məlumatı Yaroslav Qodunokun özündən dəqiqləşdirən Vladimir Zelenski "Rədd ol burdan, quldur! Otaqdan çıx. Get gəz. Məni pis eşidirsən?" deyərək onu zaldan qovub. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar