Zelenski: `Ukraynalıların təslim olacağını düşünənlər heç nə bilmirlər`
03.03.2022 112 0.0 0

“Ukraynalıların qorxaraq, sınmış şəkildə təslim olacağını düşünənlər Ukrayna haqqında heç nə bilmirlər”.

Ukrayna Prezident Ofisinin feysbuk səhifəsinə istinadən xəbər verilir ki, bunu dövlət başçısı Volodimir Zelenski martın 3-də etdiyi videomüraciətdə bildirib.

“Bizi dəfələrlə məhv etmək istəyiblər. Bacarmayıblar. Biz neçə belə çətinlikləri dəf etmişik. Ukraynalıların qorxaraq, sınmış şəkildə təslim olacaqlarını düşünənlər Ukrayna haqqında heç nə bilmirlər. Onların Ukraynada görə biləcəyi bir iş yoxdur. Evinə get. Dünyada deyil, öz ölkəndə, Rusiyada rusdilli insanları qoru”./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar