Zaxarova: «Biz Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsini təkid etmirik»
09.02.2017 792 0.0 0

“Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə məlumat yoxdur”.

 

Məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, Münhen təhlükəsizlik konfransı çərçivəsində bu formatda görüşün keçirilib-keçirilməyəcəyi hələ məlum deyil: “Biz görüşün keçirilməsi üçün təkid etmirik. Münaqişə tərəflərinə görüşün keçirilməsi barədə təklif vermişik. Hələlik Münhen konfransında görüşlərin qrafiki məlum deyil. Biz tərəflərlə təmaslarımızı davam etdiririk. Münhen konfransının keçirilməsinə yaxın bu görüş barədə məlumat verəcəyik”./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar