Zəhra və nənəsinin ölümünə səbəb olan mərmi parçası muzeyə verilib- Foto
05.09.2017 709 0.0 0

Erməni silahlı qüvvələri tərəfindən dəzgahlı qumbaratanlardan atılmış, 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümünə səbəb olmuş mərmi parçası Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.

Bu barədə “Report”a Muzeydən məlumat verilib.

Mərmini Muzeyə əslən Füzuli rayonundan olan Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı tarixçi, Qarabağ Ekspert Şurasının üzvü Nazim Tapdıqoğlu (Vəlişov) təqdim edib.

Nənə və nəvənin həyatına son qoyan mərmi parçası Muzeyin guşəsində Azərbaycan tarixinin qanlı səhifələrinin sübutu olaraq nümayiş etdiriləcək.

Xatırladaq ki, 4 iyul 2017-ci il tarixində Füzuli rayonunun Alıxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Mənfur düşmənin növbəti dəfə atəşkəsi pozması nəticəsində Alıxanlı kənd sakinləri - 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva həlak olub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar