Yunanıstan xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayır
02.02.2016 438 0.0 0

Yunanıstanın xarici işlər naziri Nikos Kotzias bu gün Bakıya rəsmi səfərə gəlir.
 
Yunanıstan Xarici İşlər Nazirliyinə istinadən verilən xəbərə görə, N. Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarovla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.
 
Görüşlərdən sonra mətbuat konfransı olacaq.
 
Fevralın 3-də Yunanıstan xarici işlər naziri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, parlamentin sədri Oqtay Əsədov, Yunanıstan-Azərbaycan dostluq qrupunun həmsədri Natiq Əliyevlə görüşəcək./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar