Yüksək təzyiq və zərərli xolosterinlə birdəfəlik vidalaşın- ƏN POPULYAR RESEPT!
25.01.2017 1118 0.0 0

Xarici saytların birində yayılıb bu xəbər. Həm marağıma səbəb olub, həm də tərkibinə nəzər saldıqda faydalı olacağına şübhəm qalmır. Yəqin ki, bal, zəncəfil və limon qarışığından hazırlanmış məhlulun faydası haqqında siz də eşitməmiş deyilsiniz. Bu qarışıq nəinki arıqlamaq üçün ideal vasitə, həm də sağlamlıq baxımından çox faydalıdır. Xüsusən də, xolosterini və qantəzyiqini aşağı salmaq baxımından, soyuqdəymə hallarında əvəzolunmaz bir vasitədir.

Gəlin bu tərkibin hazırlanma qaydası ilə tanış olaq:

300-350 qram zəncəfil
150 qramlıq limon
150-200 qram bal

Hazırlanması:

Zəncəfilin qabığını soyub doğrayırıq. Limonun da qabığını soyub, tumlarını çıxarıb dilimləyirik. Hər ikisini ətçəkən maşından keçiririk. Bal əlavə edib yaxşıca qarışdırırıq. Şüşə qaba yığıb soyuducuda saxlayırıq. Hər gün bir çay qaşığı olmaqla qəbul edirik.

Xüsusi qeyd: baxmayaraq ki, zəncəfilin orqanizm üçün xeyiri çoxdur, amma əks təsirləri olduğunu da unutmayın. Hər hansı dərman qəbul edənlər, mədə-bağırsaq xəstəliyi olanlar, aşağı təzyiqli insanların istifadə etməsi məsləhət görülmür. Həyatınızı təhlükəyə atmaq istəmirsinizsə, əvvəlcə həkim müayinəsindən keçin. Həkiminiz məsləhət gördüyü halda bu qarışıqdan istifadə edə bilərsiniz./Saqlamheyat.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar