Yük qatarı sərnişin qatarına çırpılıb-VİDEO
27.06.2016 597 0.0 0

Türkiyənin İzmir vilayətində sərnişin qatarı ilə yük qatarı toqquşub. Toqquşma zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.


Məlumata görə, sərnişin qatarı stansiyadan yola düşməyə hazırlaşan zaman yük qatarı onu arxadan vurub. Qəza nəticəsində sərnişin qatarının bir neçə vaqonu reysdən çıxıb.

Hadisə sərnişinlər arasında təlaşa səbəb olub. İnsident Türkiyədə həftə ərzində baş vermiş ikinci qatar qəzasıdır. İyun ayının 20-sində Elağzı vilayətində qatar avtobusla toqquşub. Hadisə nəticəsində 5-i suriyalı olmaqla 9 nəfər ölmüş, 1 nəfər xəsarət almışdı.

 


Bir neçə gün öncə Türkiyədə oxşar qəza baş verib. Elazığda qatar sərnişin avtobusuna çırpılıb.

Hadisə Yurtbaşı rayonunda Tatvan - Ankara reysini həyata keçirən qatarda baş verib. Qatar keçiddə avtobusa çırpılıb. İlkin məlumata görə, 8 nəfər həyatını itirib. Hadisə yerinə çox sayda xilasedici və təcili yardım maşını cəlb edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar