Yol polisi piyadaları cərimələməyə başladı
07.02.2018 823 0.0 0

Qayda pozan piyadalara qarşı tədbirlər görülür

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hazırda paytaxtda piyadalarla bağlı reyd keçirirlər. Məlumata görə, reydlər "20 yanvar" metrostansiyasının yaxınlığında keçirilir.

Reydlər zamanı qayda pozan, küçəni qadağan olunmuş ərazilərdən keçən, sürücülər və öz həyatları üçün təhlükə yaradan piyadalara cərimə yazılır.

Qeyd edək ki, son zamanlar paytaxt və bölgələrdə baş verən yol qəzalarının əksəriyyəti piyadaların vurulması ilə bağlıdır. Bununla bağlı DYP intensiv şəkildə piyadalara xəbərdarlıq etməklə yanaşı, müxtəlif maarifləndirmə tədbirləri də təşkil olunur. /Sputnik/


Digər xəbərlər:
Şərhlər
avatar