Yer sınması - Kosmosdan çəkilmiş görüntüləri əldə edən Britaniya alimləri Salyana gəldi
28.11.2021 440 0.0 0

Salyanda nadir hallarda baş verən təbiət hadisəsi qeydə alınıb. Yerin dərinliklərində torpaq qatlarında qırılma baş verib və bu qırılma Xəzər dənizinin Salyan hissəsindən, Şamaxı rayonunun ərazilərinə kimi uzanıb. Bu hadisə Böyük Britaniyanın Oksford Universitetinin alimlərinin diqqətini çəkib.

Qazeta.info Azərbaycan Milli Elmlər Akademiyasına istinadla xəbər verir ki, Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələri – professor Riçhard Voalker  və universitetin əməkdaşı İan Pierce Salyan rayonu ərazisində olan tektonik qırılmalar sahəsinə səfər ediblər.

Səfər çərçivəsində britaniyalı qonaqlar tektonik qırılmalar sahəsi ilə yaxından tanış olublar.

Qeyd edək ki, bu qırılmalar Oksford Universitetinin əməkdaşları tərəfindən İNSAR texnologiyalarından istifadə etməklə kosmosdan çəkilmiş şəkillər əsasında apardıqları tədqiqatlar zamanı əldə olunub.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar