Yeniləndi- «Günəşli» yatağındakı qaz sızması yanğına çevrilib-RƏSMİ
26.09.2016 793 0.0 0

Qazeta.info SOCAR-ın məlumaına əsasən xəbər verir ki, 26 sentyabr 2016-cı il tarixdə “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilmişdir.
Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş vermişdir. Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri  “Vixr-5” yanğınsöndürmə  gəmisinə təxliyyə etmişlər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

*****

“Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyuda alçaq təzyiqli qaz təzahürü baş vermişdir.           
Qazeta.info SOCAR-a istinadla bildirir ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilmişdir.
NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülmüşdür. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilmiş, xəsarət alan olmamışdır. Hazırda özüldəki işçilərin təxliyyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür. 

Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcəkdir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar