Yasamalda güllələnən 30 yaşlı gənc öz avtomobili ilə xəstəxanaya gedib
23.12.2019 541 0.0 0

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.

Yaralı vəziyyətdə olan Muradov Zülfü öz avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

Həkimlərin müayinəsindən sonra məlum olub ki, xəsarət alan şəxs sinə nahiyəsindən üç güllə yarası alıb.

O, dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar