YAP-ın deputatlığa namizəd irəli sürmədiyi seçki dairələri məlum olub -SİYAHI
15.09.2015 673 0.0 0

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizəd irəli sürmədiyi seçki dairələri məlum olub.

Məlumata görə, hakim partiya 3 saylı Naxçıvan şəhər Seçki Dairəsi, 7 saylı Ordubad-Culfa Seçki Dairəsi, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsi, 60 saylı Salyan-Neftçala Seçki Dairəsi, 66 saylı Biləsuvar Seçki Dairəsi, 93 saylı Bərdə şəhər Seçki Dairəsi, 116 saylı Qəbələ Seçki Dairəsi və 122 saylı Xankəndi Seçki Dairəsindən namizəd irəli sürməyib.
 
Bu seçki dairələrindən YAP 2010-cu il parlament seçkilərində də deputatlığa namizəd irəli sürməyib.
 
Hakim partiya 2010-cu il parlament seçkilərində namizəd irəli sürmədiyi 59 saylı Salyan, 63 saylı Sabirabad I və 102 saylı Samux-Şəmkir Seçki Dairəsindən isə bu dəfə namizəd müəyyənləşdirib.
 
Partiyanın 59 saylı Salyan Seçki Dairəsindən namizədi İlqar Ağabəyov, 63 saylı Sabirabad I Seçki Dairəsindən namizədi Elçin Quliyev, 102 saylı Samux-Şəmkir Seçki Dairəsindən namizədi isə Rahil Həsənovdur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar