Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin rəsmi qarşılanma mərasimi olub
24.10.2016 996 0.0 0

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdikdən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi qarşılaıb.

Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səsləndikdən sonra, Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç rəsmi foto çəkdirdilər.

 

 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

 

 

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar