XİN: Suriyadakı səfirliyimiz erməni məhəlləsində yerləşmir (FOTO)
18.08.2015 428 0.0 0

Xarici İşlər Nazirliyi bəzi KİV-lərdə Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində yerləşən Suriya Ərəb Respublikasındakı Səfirliyinin erməni məhəlləsində yerləşməsi və bununla əlaqədar Azərbaycanın xüsusi xidmət orqanları və XİN-in tədbir görməli olması barədə gedən yazılara münasibət bildirib.

Məlumata görə, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yayılan məlumatın düzgün olmadığını bildirib.

O deyib: "Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində mənzillənən Suriya Ərəb Respublikasındakı Səfirliyi Beyrutun Nəqqaş Rabia rayonunda yerləşir. Dəqiq ünvan isə belədir: Əl-Mətn, Antillyas, Əl-Rəhbani küçəsi, Aramta mərkəzi. Beyrutda ermənilərin kütləvi şəkildə yaşadıqları rayon isə Burc Hammud adlanır.


 

Əgər müqayisə üçün desək Beyrutda səfirliyin yerləşdiyi rayon ilə Burc Hammud arasındakı məsafə fəqri təqribən Bakının Səbayıl rayonu ilə Əhmədli arasındakı fərqə bənzəyir. Bununla belə, Livan və Beyrut ilə yaxından tanış olan şəxslər bilirlər ki, ermənilər yığcam yaşadıqları Burc Hammud ilə bərabər Beyrutun digər rayonlarına da səpələnmişlər."

Beyrutda Azərbaycan səfirliyinin yerləşdiyi ərazidə digər ölkələrin diplomatik nümayəndəliklərinin olması barədə Trend-in sualına cavabında H.Hacıyev deyib: "Bu ərazidə və Azərbaycan səfirliyinin qonşuluğunda Türkiyə, Yunanıstan, ABŞ, Meksika və Fransanın səfirlikləri vardır. Səfirlik əməkdaşları da diplomatik rayon olan bu ərazidə yaşayırlar."

 


Beyrut şəhəri


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar