XİN silah-sursat alınması üçün Rusiyanın Ermənistana güzəştli kredit ayırmasına münasibət bildirib
06.07.2015 529 0.0 0

"Bu qəbildən olan silah-sursat Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməməlidir"

 “Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, bu qəbildən olan silah-sursat Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməməlidir”.
 
Bunu  açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev silah-sursat alınması və hərbi modernizasiya ilə bağlı Rusiya tərəfindən Ermənistana 200 milyon dollar məbləğində güzəştli kredit ayrılmasına münasibət bildirərkən deyib.  
 
H. Hacıyevin sözlərinə görə, hazırda bu məsələ Azərbaycan tərəfindən araşdırılır.
 
“İşğal olunmuş ərazilərdə beynəlxalq hüquqa zidd olaraq, bu kimi silah-sursatın yerləşdirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərər yetirə bilər”, - deyə XİN sözçüsü qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar