Xəzər 80 faiz razılaşdırıldı (VİDEO)
06.03.2015 752 0.0 0

Xəzərin hüquqi statusunun müəyyənləşməsi üçün atılan daha bir addım demək olar ki, nəticəsiz oldu. Çünki artıq 20 ilə yaxındır ki, statusun müəyyənləşməsi üçün Xəzəryanı ölkələr ortaq məxrəcə gələ bilmirlər.

ANS TV-nin məlumatına görə, Xəzərin statusunun müəyyənləşdirilməsi üçün bir araya gələn Xəzəryanı ölkələrin nümayəndələri 39-cu iclasa bu gün yekun vurdular. Həştərxan sammitindən sonra işçi qrupunun ilk iclası Bakıda keçirildi. İki gündür aparılan danışıqlar zamanı bir sıra vacib prinsipial məsələlər həllini tapıb. Xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın 80 faizə qədəri razılaşdırılıb.

“Xəzərin statusuna dair məsələlər 90-cı illərdən fərqli olaraq, bu gün yüksək səviyyəyə çatıb. Və əldə olunan razılaşmalar onu deməyə imkan verir ki, biz yaxın zamanda statusla bağlı məsələləri bütün Xəzəryanı dövlətlər arasında razılaşdırıb başa çatdırmağa nail olacağıq”.

Danışıqlar masasına əyləşənlər Xəzərin statusu ilə bağlı müzakirələrin hazırkı mərhələsini yekun qərara bir addım kimi qiymətləndirirlər.

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyir ki, Konvensiya layihəsinin 6 maddəsi üzrə razılığa gəlmişik: “Xəzər üzrə hüquqi rejimin təmin olunması ilə yanaşı, Azərbaycanla ikitərəfli münasibətlər sahəsində də müzakirələr apardıq. Regionda xeyli münaqişə və böhranlar var. Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr girə bilsin”.

Xəzərin statusu ilə bağlı növbəti iclas yaxın zamanlarda Tehranda baş tutacaq./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar