WhatsApp-ın veb versiyasını burdan koputerinizə yükləyin-Foto
22.01.2015 1098 0.0 0

Məşhur mobil əlavə olan WhatsApp-ın veb-versiyası işıq üzü gördü.

Qazeta.info-nun anspress-ə istinadən məlumatına görə, proqram vasitəsilə artıq əlavədən kompüter və noutbuklarda istifadə etmək olacaq.

Hazırda proqram yalnız Google Chrome brauzerində işləyir.

Veb-versiyanın istifadəçilərinin kimliyinin müəyyənləşməsi üçün QR-kod sistemindən istifadə olunur. Mobil telefonda nömrəyə bağlanan mesencerə öz akkauntunla daxil olmaq üçün, WhatsApp-ın yenilənmiş versiyası yüklənmiş smartfonunuzdan istifadə edərək, kompyüterdə olan QR kod oxumaq lazımdır. Yalnız bundan sonra veb və mobil versiyalar əlaqələndirilir.

QR-skaner qoşulan mesencerin yeni versiyası yalnız Android, Windows Phone və BlackBerry üçün mövcuddur. iOS üçün hələ ki, çıxarılmayıb.

The Independent-in məlumatına görə WhatsApp 600 milyon istifadəçisi ilə ani mesajlaşma mobil əlavələri arasında liderdir. Yalnız ondan sonra Line, WeChat və Viver əlavələri gəlir.

Qeyd edək ki, 2014-cü ilin fevralında WhatsApp mesenceri 19 milyard dollara Facebook şirkəti tərəfindən alınıb. Aprel ayında razılaşma ABŞ Federal ticarət komissiyası tərəfindən qəbul edilib. Oktyabr ayında isə razılaşmanı Avropa Birliyində əsas antiinhisar idarəedicisi olan Avrokomissiya tərəfindən qəbul edilib.

Veb-versiyanı isə https://web.whatsapp.com/ linkindən yükləyə bilərsiz.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar