«Whatsapp»a yeni rəqib gəldi - FOTO
12.05.2015 649 0.0 0
Mobil operator istifadəçilərinin son zamanlar geniş şəkildə istifadə etdiyi Viber, Whatsapp kimi ünsiyyət vasitələrinə daha biri əlavə olunur. Qazeta.info FaktXəbər-in məlumatına əsasən bildirir ki, bazara girməyə iddialı olan daha bir şirkət isə İranın "Bistalk Telecom AG"dir. Şirkət bazara "BisPhone" proqramı ilə daxil olub.
 
Proqramın saytında verilən məlumatda bildirilir ki, "BisPhone" digər ünsiyyət vasitələrində olan bütün xidmətlərə - mesajlaşma, zəng, foto-video göndərmə və sair malikdir. Proqramın üstünlüklərindən  biri isə yazışmaların İsrail və ABŞ kəşfiyyatının əlinə keçməsinin mümkünsüzlüyüdür. 
 
Şirkətin açıqlamasında bildirilir ki, sonuncu versiyası dünın yenilənən proqramın iOS və Android sistemləri üzrə İran, İraq, Səudiyyə Ərəbistanı, Bəhreyn, Livan kimi ölkələrdən olmaqla ümumilikdə 230 mindən çox istifadəçisi var.
 
 
 
 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar