Vyanada Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb
06.12.2017 924 0.0 0

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb. 

Danışıqlarda həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir. 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunur. H.Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin tezliklə substantiv danışıqlar vasitəsilə həll olunması üçün səylərini davam etdirəcək. 

Qeyd edək ki, E.Məmmədyarovun həmsədrlərlə danışıqları ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının illik toplantısı çərçivəsində keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar