
0:41 / Əliyev və Sarkisyan görüşü başa çatdı
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanadakı görüşü başa çatıb.
Bu barədə, "RİA Novosti" agentliyi xəbər verib.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsdərləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib.
4 günlük müharibədən sonra baş tutan ilk görüşün təfərrüatları barədə hələlik heç bir açıqlama verilməyib./anspress/
*****
22:52 / 4 günlük müharibədən sonra ilk görüş başladı
Aprel ayının əvvəllərindən baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüb.
"RİA Novosti"yə istinadən verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsdərləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edir./anspress/
20:51 / Əliyev, Sarkisyan və Moqerini danışıqlara başladı
Avropa diplomatiyasının rəhbəri Federika Moqerini Azərbacyan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə nümayəndə heyətlərindəki mənbəTASS agentliyinə bildirib.
"İki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqlarındən əvvəl Moqerini Əliyev və Sarkisyanla görüşür", - mənbə bildirib.
20:36 / Qarabağ üzrə danışıqlar başladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlara başlayıb.
ANS PRESS-in məlumatına görə, bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən öncə baş tutub.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədri kimi prezidentlər arasında aparılan görüşdə iştirak edəcəklər.
