Vergilər Nazirliyi 11 əməkdaşını işdən qovdu
05.10.2015 579 0.0 0

Vergilər Nazirliyi öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, vergi ödəyicilərinin və vətəndaşların bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir.  

Qazeta.info Vergilər Nazirliyinin məlumatına əsasən bildirir ki, 2015-ci ilin 9 ayı ərzində Vergilər Nazirliyinə “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması (vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti yaxud hərəkətsizliyi) ilə əlaqədar 360, korrupsiya hüquqpozmaları ilə əlaqədar 146 şikayət daxil olmuşdur.

Həmin şikayətlərin araşdırılması nəticəsində, “Vergi işçisinin etik davranış kodeksi”nin  tələblərini pozmuş 11 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilmiş, 6 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınmış, 7 əməkdaş aşağı vəzifəyə keçirilmiş, 413 əməkdaşa töhmət, 133 əməkdaşa isə şiddətli töhmət verilmişdir.

Hesabat dövrü ərzində bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə 1100 vergi xidməti əməkdaşı korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar