Venesuela xarici işlər naziri: `Ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşmalıyıq`
05.04.2018 1044 0.0 0

“Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edəcək”.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında Venesuelanın xarici işlər naziri Xorxe Arreaza deyib. Nazir bildirib ki, ölkəsində 2016-cı ildə sammit keçirilib.

 

O, Venesuela prezidenti Nikolas Maduronun bu hərəkata dəstək verdiyini və Azərbaycan prezidentinə işlərində uğurlar arzuladığını bildirib: "Dünya hazırda qeyri-müəyyənlik və qarışıqlıq dövrünü yaşayır. Bu hərəkat irəli aparılmalıdır. Hərəkatın prinsiplərinin dünyaya müsbət təsirləri var. Biz suveren, bərabərlik prinsiplərini dəstəkləməliyik. Daxili işlərə qarışmanın qarşısını almalıyıq. Bütün mədəniyyətlərə, dinlərə, ərazi bütövlüyü prinsiplərinə, sülh və inkişaf daxil olmaqla insan haqlarına hörmətlə yanaşmalıyıq.  Konfransımızın əsas mövzusu davamlı inkişaf üçün sülh və beynəlxalq təhlükəsizliyin təşviqidir. Birlikdə sülh və təhlükəsizliyi təmin edə bilərik. Dünyanın əsas narahatlıqlarından biri nüvə silahlarının istehsalıdır. Nüvə silahı istehsal edən ölkələri dünyada sülh və təhlükəsizliyi təmin etməyə çağırırıq".

 

Natiq bildirib ki,  ABŞ-ın Venesuelaya münasibətinin Venesuela xalqına təsiri mənfidir: “ABŞ 2015-ci ildən ölkəmizə qarşı düşmən münasibəti bəsləyir. Venesuelaya qarşı sanksiyalar həyata keçirir, bu da iqtisadiyyatımıza ciddi təsir edir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar