Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana rəsmi səfər edəcək
09.02.2018 1276 0.0 0

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Arxiyepiskop Paul Riçard Gallagher 9-12 fevral tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyaban və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm katolik kilsəsi, Təzəpir məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar