Vətəndaşın avtomobilində saxta pul, narkotik vasitə və müxtəlif növ dərmanlar aşkarlandı
03.08.2015 1222 0.0 0


Yevlax rayonu ərazisində saxlanılmış “Mercedes” markalı avtomobildən saxta əskinaslar, narkotik vasitə və müxtəlif növ dərman preparatları götürülmüşdür

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi, Yevlax RPŞ və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Aşağı Qarxun kəndinin ərazisində Göygöl rayon sakini Əli Mahmudovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılmış və  avtomobilə baxış zamanı ümumi məbləği 26,550 manat olan 41 ədəd 100 manatlıq, 415 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq, 23 ədəd 10 manatlıq və 6 ədəd 5 manatlıq saxta əskinaslar, 0,428 qram  heroin və müxtəlif növ dərman preparatları aşkar edilərək götürülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar