Vəhabilər yas mağarını sökməyə çalışdılar - VİDEO
01.11.2017 1415 0

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəribə hadisə baş verib.
Qazeta.info Mynews.az-a istinadla məlumat verir ki, ötən gün qəsəbədə yas mərasimində dava düşüb. Davanın səbəbkarı bir dəstə “Vəhabi” adlanan dindarlar olub. Onlar yas yerinə gələrək, mərhumun ünvanına təhqirəmiz ifarədələr işlədiblər və sonra mağarı sökməyə cəhd ediblər. Onlar bunun səbəbinin qurulan mağarın yolu bağlaması və gediş-gəlişə narahatçılıq yaratması ilə bağlı olduğunu bildiriblər. Bir neçə nəfər isə ümümiyyətlə ehsan verilməsinin doğru olmadığını deyib. Nəticədə mərhumun yaxınları ilə vəhabilər arasında mübahisə yaranıb. Qəsəbə sakinləri onları sakitləşdirib, vəhabiləri yas yerindən uzalaşdırıblar.
Həmin hadisədən olan görüntünü təqdim edirik:
Digər xəbərlər:
Şərhlər