POLİS SAHİL BAĞINDA BAŞ KƏSƏN CANİNİ HƏBS ETDİ -YENİLƏNDİ (FOTO)
07.01.2015 816 0.0 0

"Sahil" bağında qətl törədən şəxs danışdı: "İt arvadıma hürdü, mən də sahibindən iti kənara çəkməyi tələb etdim"

Yanvarın 6-da "Sahil" bağında qətllə nəticələnən insidentin təfərrüatları məlum olub. Səbayel rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA TV-yə verdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov artıq ilkin ifadə verib. Onun sözlərinə görə, həyat yoldaşı Leyla Çobanova Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır. İnsident sonuncu kurs tələbəsi olan Leyla Çobanova dərsdən çıxıb rəfiqələri ilə evə qayıdan zaman baş verib. "Sahil" bağından keçərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.7 maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.

 

 

 

 

 

 

 

 

                                                                    *****

Xəbər verildiyi kimi, yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs tərəfindən Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Nəticədə H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.

 
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) cinayət işi başlanıb.    
 
Qazeta.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanlarının həyata keçirdikləri operativ tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhərində yaşayan Elçin Çobanov olması müəyyən edilib.
 
APA-nın az öncə yaydığı məlumatda isə axtarılan şəxs Elçin Çobanov Səbail rayon Polis əməkdaşları tərəfindən həbs olunduğu bildirilir. 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar